Budur bu da son! Müsahibəni necə bitirmək lazımdı?

04.11.2016

Gözləməkdən pis şey yoxdur. Buna görə də iş axtarışı əsəbləşdirici iş hesab edilir: müsabiqəyə çağıracaqlarmı, cavab verəcəklərmi, nəticədə nə qərar qəbul edəcəklər deyə düşünürsən. www.GoJOB.az araşdırdı ki,  müsahibəni necə düzgün bitirmək lazımdı.




Müsahibənin başa çatması sadə formallıq deyil – siz vidalaşırsınız, lakin həm də növbəti addımlar haqqında razılığa gəlirsiniz. Əgər siz “Biz sizə zəng edərik” sözləri ilə ayrıldızsa, qeyri–müəyyənlik, vəziyyəti uzada bilər. Bu adətən xoşagəlməz haldır.


Buna görə müsahibənin bu hissəsini öz əlinizə almağı təklif edirik.


1. Vakansiyaya marağınızı qeyd edin, sizə maraqlı və tanış olan məsələləri  bir daha xüsusi olaraq, vurğulayın. Bunu daha az formallıqla etmək olar:

“Keçmiş işimdə mən eynən bu cür işlə məşğul olmaq istəyirdim, amma imkan olmadı. Sizdə isə bu birinci dərəcəli məsələdir – sadəcə əhsən” - www.gojob.az

Əgər özünüzü tam sərbəst hiss edirsinizsə rekruterdən soruşa bilərsiniz ki başqa namizədlərlə müqayisədə sizin namizədliyinizi necə qiymətləndirir. İzah edin ki, bu sizə təkcə vakansiya baxımından deyil, həmçinin bazarda özünüzü qiymətləndirmək üçün də maraqlıdır. Əks reaksiyaya fikir verin bu rekruterə sizin zəif görünən tərəflərinizi  ondan öyrənmək üçün şansdır.



2. Növbəti addımlar və vaxt haqqında razılaşın. Nə vaxt zəng etmək mümkün olduğunu soruşun. Müəyyən edilmiş vaxtda zəng etməyi özünüz təklif edin. Həddən artıq inadcıl görünməmək üçün yaradıcılığınızı nümayiş etdirin. Bu normal addımdır: vəziyyət dəyişə bilər, əməkdaş məzuniyyətə gedir, yeni məsələlər meydana çıxır. Əlaqə saxlayın bir müddət keçdikdən sonra sizin şanslarınızın necə dəyişdiyi ilə maraqlanmağı utanmayın. Nəhayət,  birbaşa və təbəssümlə soruşmağa heç nə mane olmur:

“Həftə ərzində sizdən xəbər olmayacaqsa, cümə günü zəng edib öz statusum haqda öyrənə bilərəm?”. - www.gojob.az


3. Hər–halda əgər müsahibə adət etdiyimiz “Biz sizə zəng edərik” sözləri ilə bitdisə və başınızdakı bütün suallar uçub getdisə hələ vəziyyəti düzəltmək şansınız var. Təşəkkürnamə məktubu deyilən anlayış var: bu praktika Qərbdə geniş yayılıb, bəzi hallarda onu Azərbaycandada da istifadə etmək olar. Məktubu müsahibədən sonra rekruterə göndərirlər. Bu görüş üçün standart təşəkkür və kompaniyanın məqsədlərinin və tapşırıqlarının sizə necə maraqlı olmasını bir daha xatırlatmaqdır. Siz artıq onlar haqda daha çox bilirsiniz və ən vacib arqumentləri oz namizədliyinizin xeyrinə isifadə edə bilərsiniz. Buna baxmayaraq məktub uzun olmamalıdır. Vacibdir ki, rekruter axıradək oxusun, və sizin “Danışdığımız kimi cümə günü zənginizi gözləyəcəm” və ya “Dəqiqləşdirmək istərdim – bu həftə cavab gözləyə bilərəm?” və ya “Müsahibə hələ davam edir?” kimi müraciətlərinizi görsün.


Əlbəttə belə məktub göndərmək hamı üçün məsləhət deyil. Lakin bəzi hallarda yerinə düşər - məsələn vakansiya sizi çox maraqlandırıbsa. Qərb şirkətlərinin nümayəndələri təşəkkürnamə məktubunu sakit qarşılayırlar.


www.gojob.az saytının dəstəyi ilə.