Müsahibədə verilən 5 əsas sual

08.11.2016

Bir qrup şirkətlərdə “İdeal işi necə təsəvvür edirsiz?” deyə soruşmağı sevirlər. Digərləri də “Kanalizasiya xətlərinin qapağı niyə kvadrat deyil, dairəvi formadadır?” deyə soruşurlar.



İşəgötürənlərin bir qrupu standart sualları əhəmiyyətsiz sayır və improvizə edirlər, digərləri hər növbəti addımın incəliklərini araşdırırlar. Biz www.GoJOB.az olaraq müsahibədə sizə veriləcək 20 sual topladıq. Müxtəlif suallar müxtəlif məqsədlər daşıyır. Adətən işəgötürən namizədin şəxsiyyəti, onun ustalıq səviyyəsi, karyera ambisiyaları, mövqelərin uyğunluğu ilə bağlı tamamilə gözlənilən şeyləri soruşurlar.



1. “Özünüz haqda danışın”.

Bu haqda sizdən soruşacaqlar, ona görə tərcümeyi-halınızın əsas momentlərini danışmağa hazır olun. Sadə düsturdan istifadə edin “indiki – keçmiş - gələcək”. Əvvəlcə danışın ki, indiki momentdə nə ilə məşğulsnuz nə bacarırsınız. Sonra deyin bu yerə nələrin köməkliyi ilə gəlib çıxmısınız: bacarıqlar və təcrübə. Sonda öz plan və perspektivləriniz haqda danışın.



2. “Öz güclü tərəflərinizi sayın”.

Burda sadəcə yaxşı keyfiyyətlərinizi saymaq deyil, həmçinin bu keyfiyyətlərin işdə sizə müəyyən məqsədlərə çatmaqdavə uğur qazanmaqda necə kömək etməsini misal çəkin.



3. “Zəif tərəflərinizi deyin”.

Öz zəif tərəflərinizə inkişaf mövqeyindən baxın, çatışmazlıqlarınız üzərində işləməyi necə planlaşdırdığınızı, artıq düzəlişə nail olduğunuz haqda danışın.



4. “Niyə məxsusən bizdə işləmək istəyirsiniz?”

Burada müsahibəyə hazırlıq dərəcənizi, şirkət haqqında bilik səviyyənizi, işə marağınızı nümayiş etdirə bilərsiniz. Əgər kifayət qədər informasiya əldə edə bilməmisinizsə, işəgötürənə sual verməyə utanmayın.



5. “Əvvəlki iş yerinizdən niyə çıxmısınız?”

Burada tam səmimi olmaq mühüm deyil. Əgər rəhbərliklə yola getməmisinizsə və ya sadəcə sizə darıxdırıcı olubsa, işəgötürən ehtiyatlı olacaq. Pozitiv əsasda cavab verin: istəyirdiniz ki, iş daha rəngarəng olsun və ya sizin fikrinizcə ideal rəhbər işdən kənar vaxtda sizi narahat etməməlidir.


www.gojob.az saytının dəstəyi ilə.