Sizin CV-nizi yaxşılaşdırmaq üçün 6 üsul

09.11.2016

Artıq il bitir, çoxları üçün gözlənildiyindən daha ağır, çünki pul bahalaşır. Elə ona görə də CV dəyişdirmək və eyni zamanda onu daha da yaxşılaşdırmaq pis olmazdı.



  • Şriftlərlə ehtiyatlı olun

CV rahat oxunmalıdır, əgər seçilmiş şrift buna yol vermirsə, onu tez dəyişmək lazımdır. Bundan başqa şriftin ölçüsünə diqqət edin – başlıqları həddən artıq böyük etmək olmaz, eləcə də əsas mətn üçün 10 bənddən az ölçü seçməyə dəyməz. Əgər CV-ni elektron şəkildə göndərirsinizsə, seçdiyiniz şriftin qəbul edən tərəfdə də olmasını nəzərə alın, yoxsa CV ziyan görə bilər.



  • Vərdişlərinizdən başlayın

Əksər işəgötürənlər bu bölmə ilə maraqlanacaqlar. Əlbəttə vərdişlərinizi harda almağınızla maraqlanacaqlar, beləki, hər şey vərdişlərdən başlayır. Hətta orfoqrafiyanın avtomatik yoxlanmasından sonra da mətnin səhvlərini diqqətlə yoxlayın. Yoxlama kompyuter vasitəsilə daha asanlaşıb, iki uc arasındakı xətt kimi, adətən söz düz yazılıb amma yerində işlənməyib. Bir də məkan və adam adlarında səhv etmək olar. İmkan varsa kimdənsə xahiş edin yenidən oxusun.



  • Böyük boşluqlar buraxmayın

Hətta hansısa zaman ərzində daimi əsaslarla heç yerdə işləməmisinizsə də böyük boşluqlar buraxmayın, oranı həmin vaxtki yaşlı qohuma və ya uşağa qulluq kimi məşğuliyyətinizin təsviri ilə doldurun. Əmək bazarında olmamağınızın pozitiv bəraəti ilə boşluqları doldurun.



  • Dini bura daxil etməyə dəyməz

Diskriminasiyaya səbəb ola biləcək heç bir informasiyanı o cümlədən –  özünüzün dini mənsubiyyətinizi bura daxil etməyə dəyməz. İş üçün bu informasiya həqiqətən vacibdirsə, onun haqqında sonra bildirərsiniz.



  • Mətni düzləndirin

Asılı sətirlər səliqəsiz görünür, vaxt sərf edin yaxud mətn düzləndiricinizdən mətni avtomatik düzləndirməyi xahiş edin.



  • Standartlara uyğunlaşın

Əgər sizin fəaliyyət sahənizdə CV tərtibatında hansısa standartlar formalaşıbsa, onlara əməl etməyiniz lazımdır.


www.gojob.az saytının dəstəyi ilə. Yeni iş imkanları və vakansiyalar.