Yaxşı işin 5 əlaməti

08.11.2016

Biz www.Gojob.az olaraq tədqiqatlarla təsdiq edilmiş yaxşı işin 5 əlamətini topladıq. Özünüzü yoxlayın.



1. Perspektivlər


Yaxşı işin əlamətləri ilk növbədə işəgötürənləri narahat edir: razı və həvəsləndirilmiş əməkdaş tapşırıqları daha yaxşı yerinə yetirir. Buna görə onu yaxşı  şəraitlə təmin etmək şirkət üçün başlıca məsələdir. Məşhur motivasiya nəzəriyyələrindən birini amerika psixoloqu Frederik Qertsberq irəli sürmüşdür. Onun tədqiqatlarına görə insanları daha yaxşı işləməyə vadar edən faktorlar, – etiraf, məsuliyyət və şirkət üçün necə qiymətli olduğunu hiss etmək.


Şirkət əməkdaşa onun dəyərini necə sübut etməli və xidmətini etiraf etməli? Məsələn, yeni maraqlı vəzifə təklif etmək, onun tapşırıq dairəsini genişləndirmək və ya stabil iş və ya uğurlu proyekt üçün həvəsləndirməli. Əgər sizin işinizdə inkişaf üçün imkanlar yoxdursa, şifahi “Sağ ol!” dan başqa heç nə almırsınızsa, nəticədə sistem dayanacaq, iş hörümçək toruna çevriləcək, irəli getmək cəhdləri boşa çıxacaq.


Özünüzü 3 ildən sonra belə şirkətdə təsəvvür edin.Sizin vəzifənizi yüksəltdilərmi? Tapşırıqlar dəyişdimi? Cavabdehlik zonası genişləndimi? Bu vəziyyət sizi qane edirmi?


Öz misalınızda bunları təsəvvür etmək ağırdırsa, kolleqalarınıza baxın: bəs onların karyera tarixçəsi? Onlar razıdırmı? Onlar hesab edirmi ki, onları layiqincə qiymətləndirirlər?




2. Əmək haqqı


Əlbəttə, əmək haqqı iş yerinin qiymətləndirilməsində başlıca faktordur. İşaxtaranların fikrinə görə o, işçinin şirkətə verdiyi xeyirlə uyğunluq təşkil etməlidir.


Lakin bu xeyiri çox vaxt subyektiv qiymətləndirirlər. ”Məyus edir” nə deməkdir? Məsələn, məvacib bazar üzrə orta qiymətdən yuxarıdır,amma eyni vəzifədə olan kolleqalarının məvacibindən aşağıdır. Sadəcə insanı özündən çıxarır. Buna görə də sadəcə məvacibin faktiki qiymətindən deyil, yalnız ona münasibətdən danışmaq olar.


Siz məvacibdən razısınız? Sizə yaşamağa kifayət edir? Bu işdə daha çox almaq imkanınız var? Siz hesab edirsiniz ki, kompaniya sizə layiq olduğunuz qədər ödəyir?





3. Sığorta və öhdəliklərin yerinə yetirilməsi


Azərbaycanlılar üçün stabillik çox vacib keyfiyyətdir. Rəyi alınmış  www.gojob.az saytının işaxtaranlarının 60 faizi bunu işəgötürənlərdən gözləyirlər. Bu anlayışa sosial sığorta və işin qanunla bu və ya digər formada problem yaratmaycagına inam daxildir.




4. İnkişaf


İnkişaf şəxsi və profesional ola bilər. Hər ikisinin eyni zamanda olması daha yaxşıdır: çox xeyir vermiş olduğu işdən məyusluq, lakin gələcəkdə iş vərdişlərinin tətbiq edilməməsi kiçik məvacibdən çox məyusluq yarada bilər. İşin son ilində nə öyrəndiniz? Təhsil imkanlarınız var? Bu işdə qazandığınız vərdişlər gələcəkdə işinizə yarayacaq?  Öz işinizin nəticələri haqda qürurla danışa bilərsiniz?




5. İnam yaradan kollektiv


Dostlardan fərqli olaraq, kolleqaları biz özümüz yox, həqiqət seçir. Kollektivdə münasibətlərə əsasən kompaniya və onun rəhbərləri təsir edir. Təşkilat daxilində qarşılıqlı hörmət və inam əsasında formalaşan münasibətlər – vacib faktordur, hansı ki, arzusunda olduğun işi digərlərindən fərqləndirir. Bura rəhbərliyə hörmət və inam daxildir.


Kolleqalarınız sizin fikrinizlə razılaşırmı? Öz rəisinizə etibar edə bilərsinizmi? Kolleqalarınızdan məsləhət almağa hazırsınız? Ətrafınızdakılardan öyrənə biləcəyiniz şeylər varmı?



www.gojob.az saytının dəstəyi ilə